Bioqrafiya

TƏVƏLLÜDÜ

Həzrət Ayətullahül-üzma Duzduzani Təbrizi miladi tarixi ilə 1935-ci ildə Təbriz şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Atası hacı Əbdul Həmid Təbriz şəhərinin dindar və xeyirxah tacirlərindən olub. Onun babaları illər öncə Təbriz şəhərinin 70 km yaxınlığında yerləşən Duzduzan kəndindən köç etmiş və Təbriz şəhərində yerləşmişdirlər.

 

İBTİDAİ TƏHSİLİ

Ayətullahül-üzma Duzduzani Təbrizi miladi tarixi ilə 1941-ci ildə Ərəb və Fars dillərinin ədəbiyyatını özündə əhatə edən məktəbə qəbul olub, hövzə dərslərinin müqəddiməsini bitirdikdən sonra 1953-cü ildə Təbrizdən müqəddəs Qum şəhərinə hicrət edib. Ayətullahül-üzma Duzduzani Təbrizi dərslərini davam etmək ücün böyük ustadlardan bəhrələnmişdir. O ustadlardan nümunə olaraq mərhum Ayətullah Məhəmməd Mücahid Təbrizini (Allah ona rəhmət etsin) qeyd etmək olar.

 

ALİ TƏHSİLİ

Ayətullahül-üzma Duzduzani Təbrizi miladi tarixi ilə 1958-ci ildə Müqəddəs Məkkə şəhərinə həcc ziyarətinə gedib və həcc əməllərini yerinə yetirdikdən sonra Qum şəhərinə qayıdaraq dərslərini böyük ustadların xidmətində oxumuşdur.

Ayətullahül-üzma Duzduzani Təbrizi dərslərini mərhum Ayətullahül-üzma Brucerdi (Allah ona rəhmət etsin) ilə oxumağa başladı. Ayətullahül-üzma Brucerdinin (Allah ona rəhmət etsin) vəfatindan sonra Üsul dərslərini İslam İnqilabının böyük Rəhbəri mərhum Ayətullahül-üzma Xumeyninin (Allah ona rəhmət etsin) dərslərində iştirak etdi, bu dərslər Səlmasi məscidində təşkil olunurdu.

Ayətullahül-üzma Duzduzani Təbrizi iyirmi beş il Ayətullahül-üzma Şəriətmədarinin (Allah ona rəhmət etsin), xaric Üsul və Fiqh dərslərində iştirak etmişdir, və o fəqihin ən fəal və qabaqcıl tələbələrindən idi.

O həzrət həmçinin Ayətullahül-üzma seyyid Gülpayqaninin dərslərində də iştirak edirdi və nəticədə böyük şəxsiyyətlər tərəfindən məsələn; (Ayətullahül-üzma Şəriətmədari (Allah ona rəhmət etsin), Ayətullahül-üzma seyyid Gülpayqani (Allah ona rəhmət etsin) və Ayətullahül-üzma seyyid Xoi (Allah ona rəhmət etsin)) elmin ən yüksək mərhələsi olan Fəqihlik dərəcəsinə laiq görüldü.

 

FƏLSƏFƏ DƏRSİ

Ayətullahül-üzma Duzduzani Təbrizi fəlsəfə dərslərini mərhum Əllamə seyyid Məhəmməd Hüseyn Təbatəbai (Allah ona rəhmət etsin) ilə oxumuşdur. Elə o dövrdə də bir dövrə kamil şəkildə “Mənzumei Səbzivari” kitabını hövzədə tədris etmişdir.

 

QURANA ƏLAQƏSİ

Ayətullahül-üzma Duzduzani Təbrizi tələbəlik illərinin əvvəlində Qurani-Kərimi oxuma və tədris etmək əlaqəsi ilə secilirdi. Quranın təfsir dərslərini isə miladi tarixi ilə 1963-cü ildən başlamış və hal-hazırda tədris etməkdədir. Həzrətin əvvəlki dərsləri quran surələrinin tərtibi və nazil olma səbəbləri ilə bağlı idi, amma hal-hazırda tədris etdiyi təfsir dərsləri “Təfsire mövzui” Qurani-kərimin mövzular əsasında təfsiridir. Bu cür zəhmətlərin nəticəsidir ki, onun bir neçə cild kitabı oxucuların ixtiyarına verlmişdir.

 

DİNİ TƏBLİĞLƏRİ

Müqəddəs kitabımız Qurani-kərim fəqihlərin və dini alimlərin vəzifələrindən birini də insanları Allahın əzabından qorxudub və Allah-taalanın dinini onlara çatdırmağı bildirir.

فَلَوْلاَ نَفَرَ مِن كُلِّ فِرْقَةٍ مِّنْهُمْ طَآئِفَةٌ لِّيَتَفَقَّهُواْ فِي الدِّينِ وَلِيُنذِرُواْ قَوْمَهُمْ إِذَا رَجَعُواْ إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ

Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onu dindaşlarına öyrətmək üçün) qalsın ki, camaatı qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər![1]

Bu ayə bütün alimlərin vəzifəsini təyin edib. Bu vəzifə də insanların öhdələrində onan təkliflərini onlara öyrətməkdir.

Ayətullahül-üzma Duzduzani Təbrizi cənabları öz vəzifəsinə əməl etmək üçün tələbəliyinin ilk dövrlərindən dini təbliğ etməyə başlamışdır. Uzun illər ramazan, məhərrəm və səfər aylarında öz gözəl söhbətləri ilə Əhli-beyt (ələyhimus-səlam) aşiqlərini feyzə çatdırırdı. Hətta mərcəiyyət məqamına çatandan sonra da bu vəzifəsinə əml edir.

Qeyd etdiyimiz aylardan başqa vaxtlarda mərcəiyyət məqamına çatmazdan qabaq neçə il ardıcıl isti və soyuq havalarda, tədris və təbliğ etmək üçün müxtəlif məntəqələrə gedərdi.

 

İCTİMAİ VƏ DİNİ XİDMƏTLƏRİ

Ayətullahül-üzma Duzduzani Təbrizinin tədrisi və dini qanunlarının təbliği Qum, Tehran, Kərəc və Təbriz şəhərlərində olmuşdur, bundan əlavə çox faydalı dini və ictimai xidmətləri də olmuşdur onlardan bir neçəsini aşağıda qeyd edirik.

1-Tehran şəhəri Ceyhun praspektində yerləşən Cavadul-Əimmə (ə) adına məscidi tikdirmişdir.

2-Təbriz şəhərində 450 illik tarixi olan 63 sütunlu məscidi tam təmir etdirmişdir və hal-hazırda bu məscid Təbriz şəhərində möminlərin ibadət üçün toplaşdığı məscidlərindən biridir.

3-Ruhanilərin təbliğ məqsədi ilə müxtəlif məntəqələrə göndərilməsi: Ayətullahül-üzma Duzduzani Təbrizi miladi tarixi ilə 1971-1978-ci illər arasında mübəlliğləri 500-dən çox kənd və şəhərə təbliğ və tədris məqsədi ilə göndərmişdir. Mübəlliğlərə göstəriş verib ki, insanları bidət və əqidə çaşqınlığından agah etsinlər, dini hökmləri onlara tədris etsinlər, eyni zamanda mübəlliğlərlə şərt etmiş ki, şəhər və kənd əhalisindən təbliğ haqqı almasınlar. Onların bütün təbliğ haqqlarını öz öhdəsinə götürmüşdür. Bu cür təbliğlər layiqli nəticəyə səbəb olmuşdur və bu kimi təbliğ proqramları başqa şəhərlərdə də məsələn; Xürrəmabad, Həştrud və Reydə icra olunmuşdur.

4-Yolunu azmışlarla mübarizə: Diqqətinizə çatdıraq ki, insanları haqq əqidə və düşüncədən azdırmaq məqsədi ilə yayılmış qruplar məsələn: vəhabilik, sufilik, bəhaiyyət və bu kimi qruplarla mübarizə məqsədi ilə miladi tarixi ilə 1997-ci ildən eytibarən Ayətullahül-üzma Duzduzani Təbrizi, Höccətul-islam Davud İlhami, Höccətul-islam hacı şeyx Məhəmməd Mərdaninin rəhbərliyi ilə təşkil olunmuş “İslamda Qadağa Edilmiş Əqidələrlə Mübarizə” adı altında təşkilat öz fəaliyyətinə başladı. Bu təşkilatın gördüyü fəaliyyətlərdən biri bu cür əqidələrin batinini ifşa edən kitabçaları və bu kimi proşuraları nəşr edib cəmiyyət arasında paylanılması olmuşdur. Bu kimi təbliğlərlə ölkənin daxilində və xaricində insanlara təmənnasız olaraq xidmət göstərilmişdir. O kitablardan bir neçəsinin adlarını sizin diqqətinizə çatdırırıq:

1.Sufilik pak olan İmamların (ələyhimus-səlam) nəzərində.

2.Şiələrin arasında sufiliyin yaranması.

3.Nemətullah və Gunabadi firqələri.

4.Zəhəbiyyə, Uveysiyyə və Xaksariyyə firqələri.

5.Əliyullah (Əli allahilər) fırqəsinə kiçik bir baxış.

6.Vəhabilik əqidəsinin iki istiqaməti.

7.Bəhaiyyət sufilikdən yaranmışdır. Həmçinin təşkilat bu istiqamətdə ehtiyac olan kitabları alıb insanların istifadəsinə vermişdir.

5-Dini mərasimlərin təşkil olunması: O həzrət təbliğ məğsədi ilə dini mərasimlər keçirdərdi və bu məclisin iştirakçıları çavan və yaşli nəsildən ibarat idi. Bu kimi mərasimlər yeni üsulla təşkil olunaraq iki hissəyə bölünərdi, birinci hissə yeniyetmələrlə və ikinci hissə isə yaşli nəsillə keçirilirdi, bu cür mərasimlərdən bir neçəsini sizin nəzərinizə çatdiririq.

1.Miladi tarixi ilə 1974-çi ildə Təbriz şəhərində “Həzrəti Əli (ə) məktəbi” adi altinda təşkil olunmuş həftəlik mərasim, bu kimi mərasimlərdən biri idi. Amma bu mərasimlərin xüsusiyyəti bundan ibarət idi ki, mərasimlər böyük zallarda keçirilmiş və iştirakçilar əsasən universitet müəllimləri, tələbələri və ziyalı təbəqədən təşkil olunurdu.

2.Dini təlim-tərbiyə və maarifləndirmə məqsədi ilə Təbriz şəhrinin məscidlərində səkkiz və on iki yaşli uşaqlar və yeni yetmələrdən ibarət olan həftəlik məclislər təşkil olunurdu. Bu məclislər ruhanilər, tacirlər və ziyalı təbəqəsinin təşəbbüsü nəticəsində min nəfərə yaxın yeniyetmələrin Quran dərsi, dini hökümlər, əqidə məsələləri və dini surudların öyrənilməsinə şərait yaradıldı.

 

USTADLARI

Ayətullahül-üzma Duzduzani Təbrizi cənabları öz dövrün görkəmli və tanınmış fəqihlərinin dərslərində iştirak edirdi. Burada onlardan bəzilərinin adlarını qeyd edirik.

1-Ayətullahül-üzma Burucerdi (Allah ona rəhmət etsin).

2-Ayətullahül-üzma imam Xumeyni (Allah ona rəhmət etsin).

3- Ayətullahül-üzma Şəriətmədari (Allah ona rəhmət etsin).

4-Əllamə seyyid Hüseyn Təbatəbai (Allah ona rəhmət etsin).

5- Ayətullahül-üzma seyyid Xoi (Allah ona rəhmət etsin).

6- Ayətullahül-üzma seyyid Qolpayqani (Allah ona rəhmət etsin).

Həmçinin Ayətullahül-üzma hacı şeyx Duzduzani Təbrizi cənabları Nəcəfu-əşrəf şəhərində Ətəbati-aliatın ziyarətindən əlavə Nəcəfi-əşrəf şəhərində olan görkəmli alimlərin dərsində də iştirak etmişdir.

 

TƏDRİSİ

Ayətullahül-üzma Duzduzani Təbrizi Qum şəhərində təhsili ilə bərabər tədris etmişdir. O həzrət 1980-ci ildən etibarən Qum şəhərində Fiqh və Üsul elimlərinin xaric dərslərini tədris etmişdir.

 

MƏRCƏİYYƏTİ (Elmi məqamı)

Ayətullahül-üzma Duzduzani Təbrizi cənabları Qum elmi hövzəsində elm, təqva və fəqihliydə məşhur şəxsiyyətlərdən biridir. Mərcəi-təqlid müçtəhidlərdən bəziləri dünyalarını dəyişəndən sonra (Allah onlara rəhmət etsin) mömin və dindar şəxslər xüsusi ilə də Təbriz camaatı ondan “İzahlı şəriət hökmləri” adlı kitab istəyirlər. O, öz şəri fətvalarını müsəlmanların ixtiyarında qoydu. Hal-hazırda İran və xarici ölkələrdə onun çoxlu müqəllidləri vardır.

 

ƏSƏRLƏRİ

Ayətullahül-üzma Duzduzani Təbrizi dinin müxtəlif sahələrində əsərlər yazmışdır və bu əsərlərdən bəzisini sizin nəzərnizə çatdırırıq.

1-Quranın nazil olması barədə dərslər (Duruse həvlə nuzule əl-Quran).

2-Quranda ölüm və həyat, bərzəx və qiyamətin barəsində nazil olmuş ayələrin şərhi (Durus həvlə əl- Movt, vəl-həyat, əl-Bərzəx və Əşratus-saə).

3-İmam Zamanla (ə.c) görüşməkliyin həqiqəti (Təhqiqul-lətif həvlə əl-tovqiiş-şərif).

4-Qiyamət gününə aid olan ayələrin şərhi (Duruse həvləl-məad).

5-Musafir namazına aid olan xaric dərsləri (Təqriratu Fiqh, Səlate musafir).

6-Qisas hökmünə aid olan xaric dərsləri (Kitabu Qisas).

7-Ərəb dilində risalə (Əl-təliqə əla əl-Urvətul-Vusqa.

8- Fars dilində risalə (Tozihul-Məsail).

9-İrşadul-mominin.

10-Həcc əməllərinin izahı.

11-Ərəb dilində risalə (minhacus-salehin).

12-Ay görünməsinə aid olan hökümlərin elmi izahı (Risaleye Hilaliyye).

13- Xaric üsul dərsləri (Üsul əl-Figh)

14-Camaat namazının hökmlərinin xaric dərsləri.

15-Zəkat hökmlərinin xaric dərsləri.

16-Xüms hökmlərinin xaric dərsləri.

17-Oruc hökmlərinin xaric dərsləri.

18-Quran ayələrinin şərhi.

19-Tozihul-məsailin xülasəsi (Xulasətul-əhkam).

Ayətullahül-üzma Duzduzani Təbrizi bunlarla yanaşı İslam dinini tam şəkildə əhatə edən muxtəlif əsərlər də yazmışdır.

Ayətullahül-üzma Duzduzani Təbrizi cənablarının Qum şəhərində dəftərxanası fəaliyyət göstərir. Əimmeye-ətharın (ələyhimus-səlam) təvəllüdü və vəfatı günləri şiyə məzhəbinin təbliğinin genişlənməsi və həzrət Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) və Əhli-beytinin (ələyhumus-səlam) tanınmaları üçün məclislər keçirilir. Bu məclislərdə görkəmli alimlər moizə edirlər.

Sonda Allah-taaladan bu böyük fəqih və alim üçün uzun ömr və can sağlığı diləyirik.

Aminə rəbbəl-aləmin

 

----------------------------------------

[1] Tövbə surəsi, ayə122.

New Astftayat

.

1. Əməllərin ən fəzilətlisi

Sual: Sizin nəzərinizə əsasən şəri əməllərin ən fəzilətlisi hansı əməldir?

Cavab: Bəzi hədislərdə deyilir ki, Allahı tanımaqdan sonra, ən fəzilətli əməl namazdır.

 

2. İbtidai cihad

Sual: İbtidai cihad icazəlidirmi?

Cavab: Mənim nəzərimə əsasən icazəli deyil.

 

3. Muatati əqd

Sual: Muatati əqd (yəni nikahın ləfzi oxunmadan) icazəlidirmi?

Cavab: Nikahın əqdi gərək ləfzlə olsun. Muatati şəkildə yəni ləfz oxunmadan düzgün deyil.

 

VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR