Tələbələr ixtilaf yaradan bütün işlərdən uzaq olmalıdırlar

 

Azərbaycan tələbələrinin Ayətullahul-uzma hacı Yadulla Duzduzani Təbrizi ilə görüşü

Qəmli və kədərli məhərrəm ayının yaxınlaşması ilə əlaqədar Azərbaycan tələbələri Ayətullahul-uzma hacı Yadulla Duzduzani Təbrizi ilə görüş keçiriblər və o böyük şəxsiyyətin dəyərli nəsihətlərini dinləyiblər. 

 Ayətullahul-uzma hacı Yadulla Duzduzani Təbrizi cənabları tələbələri salamladıqdan sonra o diyarın keçmiş alim, ruhani, tələbə və möminlərinin din yolunda zəhmətlərini qiymətləndirdi. Sözünün davamında qeyd etdi tələbələr ixtilaflı və parçalanma yaradan bütün işlərdən uzaq olsunlar və hamını birliyə dəvət etsinlər. 

Ayətullahul-uzma hacı Yadulla Duzduzani Təbrizi cənabları həzrət Əlinin (ə) həzrət Peyğmbər haqda dediyi bir kəlamına istinad etməklə sözünə belə davam etdi. 

(Həzrət Peyğəmbər (s) ) Öz tibbi və müalicəsilə (ölüm saçan xəstəliklərə və cürbəcür dərdləri müalicə etmək üçün xalqın arasında) həmişə gəzən (ruhani) bir təbibdir. (Nəhcül-bəlağə, 108-ci xütbə).

Həkim hər xəstəyə uyğun dərman verdiyi kimi həzrət Peyğəmbər (s) hər yerə gedərdisə oraya uyğun söhbət edərdi. Tələbələr gərək həzrət Peyğəmbər və onun vəsilərindən(ə) nümunə götürsün bir həkim kimi həməşə xəstələrə uyğun dərmanlar yanında gəzdirdiyi kimi tələbələrdə insanların mənəviyyətinə uyğun moizə və söhbətlər etsinlər. 

Görüşün əvvəlində Azərbaycan tələbələrindən biri Ayətullahul-uzma hacı Yadulla Duzduzani Təbrizi cənablarına öz dəyərli vaxtın tələbələrin ixtiyarında qoyduğu üçün bütün tələbələrin adından öz təşəkkür və minnətdarlığını bildirdi.

 

 

 

بیانات معظم له در دیدار طلاب جمهوری آذربایجان در آستانه ماه محرم بیانات معظم له در دیدار طلاب جمهوری آذربایجان در آستانه ماه محرم بیانات معظم له در دیدار طلاب جمهوری آذربایجان در آستانه ماه محرم بیانات معظم له در دیدار طلاب جمهوری آذربایجان در آستانه ماه محرم بیانات معظم له در دیدار طلاب جمهوری آذربایجان در آستانه ماه محرم بیانات معظم له در دیدار طلاب جمهوری آذربایجان در آستانه ماه محرم

New Astftayat

.

1. Əməllərin ən fəzilətlisi

Sual: Sizin nəzərinizə əsasən şəri əməllərin ən fəzilətlisi hansı əməldir?

Cavab: Bəzi hədislərdə deyilir ki, Allahı tanımaqdan sonra, ən fəzilətli əməl namazdır.

 

2. İbtidai cihad

Sual: İbtidai cihad icazəlidirmi?

Cavab: Mənim nəzərimə əsasən icazəli deyil.

 

3. Muatati əqd

Sual: Muatati əqd (yəni nikahın ləfzi oxunmadan) icazəlidirmi?

Cavab: Nikahın əqdi gərək ləfzlə olsun. Muatati şəkildə yəni ləfz oxunmadan düzgün deyil.

 

VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR