Qurana aid suallar

1- “Mülk” surəsində deyilir: الذی خلق الموت و الحیاه “Əlləzi xələqəl – movtə vəl – həyatə”, ölüm məxluqdurmu Allah onu yaratsın? Məşhur nəzərə əsasən ölüm yoxluq sayıldığı halda bunu necə qəbul etmək olar? Belə halda yaradılışın mənası nədir?

 

Cavab: “Xəlq”-in (yaratmaq) bir neçə mənası vardır. Bütün lüğət kitablarında buna işarə olunmuşdur ki, "xəlqin" mənası təqdirdir. Deməli ayədəki məna belədir: O Allah ki, ölüm və həyatı siz insanların imtahanı üçün təqdir və müəyyən etmişdir. Qeyd etdiyimiz mənaya şahid kimi “Vaqiə” surəsinin 60-cı ayəsini göstərmək olar: “Nəhnu qəddərna beynəkum əl-movtə”. Yəni, biz ölümü siz insanlar arasında təqdir və müəyyən etdik”. 

Daha çox məlumat üçün “Durusu hovləl-movti vəl-bərzəx və əşratis-saəh” adlı kitabımıza müraciət edə bilərsiniz.

 

2- Tarixdə Peyğəmbərin (s) rəcəb ayının 27 – də peyğəmbərliyə seçildiyi və ilk ayələrin həmin gün nazil olduğu qeyd edilir. Həmçinin “Qədr” surəsində Allah buyurur: “Biz onu (Quranı) Qədr gecəsi nazil etdik”. Bu ayə Quranın bütövlüklə ramazan ayı, Qədr gecəsində nazil olduğuna dəlalət edir. Digər tərəfdən Quranın iyirmi üç il ərzində Peyğəmbərə (s) nazil olması aydındır. Bu göstərici şahidlərə, Quranın dəlillərinə əsasən Quran iki dəfə nazil olmuşdur. Bir dəfə tamamilə, bir dəfə də tədricən. başqa formada bunu izah etmək olarmı?

Cavab: Nəzərimcə Quran bir dəfə nazil olmuşdur və təkrar nazil olmanın heç bir mənası yoxdur. Diqqət etmək lazımdır ki, “Quran” adı bəzən bütün Qurana, bəzən isə Quranın bir qisminə, hətta Quranın bir ayəsinə də aid edilir. Necə ki, “su” kəlməsi həm bir qətrə su, həm də bütün dünya suları üçün istifadə edilir.

Buna əsasən “inna ənzəlna...” ayəsinin mənası budur ki, Quran ramazan ayında, Qədr gecəsində nazil olmuşdur. Həmin gecə istər bir qisim ayələr nazil olmuş olsun, istərsə də “Ələq” surəsin ilk beş ayəsi, məna düzdür. Çünki beş ayə də Qurandır. 

Məşhur nəzərə əsasən Peyğəmbərin (s) rəcəb ayının iyirmi yeddisində məbus olduğuna (seçildiyinə) gəlincə, Quranın ilk dəfə həmin tarixdə, məbəs günü nazil olmasına lüzum yoxdur. Çünki, Peyğəmbərin (s) Hira dağından enərkən “Qulu la ilahə illəllah” (La ilahə illəllah deyin) deməsi məşhurdur. Belə olduqda Quranın ilk ayələrinin məbəs günündən iki ay sonra nazil olması mümkündür. Necə ki, Tövrat bir neçə müddətdən sonra Musaya (ə) nazil olmuşdur.

Daha ətraflı məlumat üçün “Durus hovlə nuzulil-Quran” adlı kitabımıza müraciət edə bilərsiniz.

 

3-Quranı musiqi ilə oxumaq olarmı?

Cavab: Quranı gözəl səslə oxumaq icazəlidir. Lakin, “ləhv” məclislərinə adi səs tonu və ahənglə Quranı oxumaq olmaz və bu cür oxumaq haramdır.

 

4-“Və ləqəd kərrəmna bəni Adəmə” (Biz Adəm övladını üstün və şərəfli etdik) ayəsində ümumilik bütün insanlara aiddir yoxsa bir qrup insana?

İlk baxışda məqsəd heyvanın müqabilində olan bəşərdir.

 

5-“Ayətul-kürsi” (Bəqərə surəsinin 255-ci ayəsi) “və huvəl-əliyyul-əzim”-ə qədərdir, yoxsa, “hum fiha xalidun”-a qədər oxunmalıdır?

Cavab: Bəzi hədislərin zahirinə əsasən “Ayətul-kürsi” “və huvəl-əliyyul-əzim”-ə qədərdir, lakin ehtiyatə əsasən “hum fiha xalidun”-a kimi oxumaq lazımdır.

New Astftayat

.

1. Əməllərin ən fəzilətlisi

Sual: Sizin nəzərinizə əsasən şəri əməllərin ən fəzilətlisi hansı əməldir?

Cavab: Bəzi hədislərdə deyilir ki, Allahı tanımaqdan sonra, ən fəzilətli əməl namazdır.

 

2. İbtidai cihad

Sual: İbtidai cihad icazəlidirmi?

Cavab: Mənim nəzərimə əsasən icazəli deyil.

 

3. Muatati əqd

Sual: Muatati əqd (yəni nikahın ləfzi oxunmadan) icazəlidirmi?

Cavab: Nikahın əqdi gərək ləfzlə olsun. Muatati şəkildə yəni ləfz oxunmadan düzgün deyil.

 

VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR VTEM IMAGE ROTATOR